Neftçala  məktəbliləri “Ölkəmizi tanıyaq”  maarifləndirici tur-aksiyasının növbəti mərhələsində şimal rayonlarına səfərə çıxdılar.

16 mart 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaların növbəti mərhələsinə start verildi.

Neftçala rayon ümumtəhsil məktəblərinin təhsil və digər sahələrdə öz bilik və bacarıqlarına görə fərqlənən IX-XI sinif şagirdlərindən 40 məktəbli “Ölkəmizi tanıyaq” layihəsinə qoşuldu.

Martın 16 –da səhər saatlarında Heydər Əliyev Mərkəzinin qarşısında rayon rəhbərliyinin, təhsil işçilərinin, valideynlərin iştirakı ilə məktəblilərdən ibarət qrupun Quba-Qusar-Xaçmaz istiqaməti üzrə yolasalma mərasimi keçirildi.Yolasalma mərasimindən əvvəl tur-aksiya iştirakçıları Heydər Əliyev prospektində ağac əkdilər.Sonra şəhərin mərkəzindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoydular, ulu öndərin xatirəsinə ehtiramlarını bildirdilər.

Qeyd edək ki, məktəblilər 4 müəllim və 1 həkimin müşayiəti ilə  ətraf rayonlardan olan və eyni marşurt üzrə hərəkət edəcək  tur-aksiya iştirakçıları ilə Salyan şəhərində görüşəcək, oradan  ölkəmizin füsunkar təbiətli  rayonlarından olan Quba, Qusar və Xaçmaza yollanacaqlar.3 gün davam edəcək tur-aksiya məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaqdır.

 


Açar sözlər: ,