03.11.2020

Ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib

Neftçala Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib.

Görüşdə RTŞ-nin müdiri, əməkdaşları və məktəb direktorları iştirak ediblər.

Görüşdə RTŞ-nin müdiri Vüqar Dadaşov Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq noyabrın 2-dən tədrisin distant qaydada təşkil olunmasında məktəb direktorlarının üzərlərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Bununla yanaşı qeyd edib ki, şagirdlərin Təhsil Nazirliyinin elektron tədris resurslarından istifadəsi, “Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan teledərslərə diqqətinin artırılması üçün müəllim və valideynlərin üzərinə böyük vəzifələr düşür. Distant təhsilə cəlb olunma səviyyəsinə ciddi nəzarət etməyi tövsiyə edən şöbə müdiri, həmçinin Vətən Müharibəsi ilə bağlı qeyri-rəsmi, təsdiq olunmamış məlumatların sosial şəbəkə səhifələrində paylaşılmaması, ancaq rəsmi məlumatlara istinad edilməsinin zəruriliyinə diqqət çəkib.

Görüşün sonunda evdə təhsilin təşkili, günüuzadılmış qruplar və dərnəklərin fəaliyyəti, məktəbəhazırlıq qruplarında məşğələlər, jurnalların yazılması və digər mövzularla bağlı məktəb direktorlarının sualları cavablandırılıb.


Açar sözlər: