19.01.2021

Vətən müharibəsi iştirakçısı ilə onlayn görüş keçirilib

        Rayonun Xolqaraqaşlı kənd tam orta məktəbində Vətən müharibəsi iştirakçısı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahının tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü Əhədov İsmayıl Peyman oğlu ilə onlayn görüş keçirilib. Onlayn tədbirdə məktəb rəhbərliyi, müəllimlər və VI sinif şagirdləri iştirak ediblər. Vətən müharibəsi veteranının maraqlı xatirələri fonunda başlayan tədbir iştirakçıların döyüşçüyə ünvanladığı suallar əsasında başa çatıb.


Açar sözlər: