19.01.2021

20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunan xüsusi dərslər keçirilib

Bu gün rayonun Aşağı Surra, Astanlı, Qaçaqkənd kənd tam orta və Aşağı Qaramanlı kənd ümumi orta məktəblərində 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunan xüsusi dərslər keçirilib.  Onlayn tədbirlərdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının xalqımıza elan olunmamış təcavüzündən, hərbi birləşmələrin törətdikləri vəhşilikdən geniş söhbət açılıb.

Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilib.


Açar sözlər: ,  ,