25.01.2021

"Qələbə dərsləri" keçirilir

Rayonun Xolqaraşlı kənd tam və Aşağı Qaramanlı kənd ümumi orta məktəblərinin biologiya və həyat bilgisi fənnini tədris edən Gülnar Qurbanova və Dünya Əhmədova məktəblərin VII sinif şagirdlərinə Azərbaycan Ordusunun şanlı qələbəsinə həsr edilmiş "Qələbə dərsləri" silsiləsindən "Qarabağ Azərbaycandır" mövzusunda distant dərslər keçiblər.

Dərsdə 44 gün ərzində işğal olunmuş torpaqlarımızı güclü siyasəti ilə Ali Baş Komandanımız və Rəşadətli Ordumuzun Azərbaycana qovuşdurmasından söhbət açılıb. Şagirdlərə Qarabağın zəngin flora və faunası barədə məlumat verilib.

Dərsin sonunda şagirdlərin sualları cavablandırılıb.


Açar sözlər: ,  ,