04.02.2021

Tədrisin təşkili vəziyyəti ilə əlaqədar monitorinq keçirilib

03-04 Fevral tarixlərində Neftçala rayonunun 10 ümumtəhsil məktəbində tədrisin təşkili vəziyyətinin monitorinqi aparılıb.

Monitorinqin keçirilməsində əsas məqsəd Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın tələblərinə əməl olunması vəziyyətinin yoxlanılmasıdır.

Monitorinqin növbəti günlərdə də davam etdirilməsi planlaşdırılıb.