16.02.2021

Respublika Fənn Olimpiadalarının rayon (şəhər) turunun nəticələri açıqlanıb

Respublika Fənn Olimpiadalarının rayon (şəhər) turunun nəticələri açıqlanıb.

43 nəfər şagirdimiz yarımfinal mərhələsində iştirak etmək hüququ qazanıb.

R.Gözəlov adına Xıllı qəsəbə 1 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Sadıqov Xəyal Bəxtiyar oğlu fizika fənni üzrə 25 sualdan 24-ə doğru cavab verərək respublika üzrə 2-ci ən yüksək nəticəyə imza atıb.

2019-2020-ci tədris ilində 306 nəfər iştirakçıya nisbətdə 32 nəfərin yarımfinala vəsiqə qazandığı halda, bu il 198 nəfər iştirakçıdan 43 nəfəri yarımfinala vəsiqə qazanıb.

Bütün qalibləri və onların üzərində əziyyəti olan müəllimləri təbrik edir, növbəti mərhələdə uğurlar arzu edirik.

 


Açar sözlər: