19.02.2021

21 fevral - Beynəlxalq Ana dili gününə həsr edilmiş bilik yarışı keçirilib

Bu gün rayonun Şorkənd kənd ümumi orta məktəbində 21 fevral - Beynəlxalq Ana dili gününə həsr edilmiş bilik yarışı keçirilib.

Yarışın keçirilməsində məqsəd dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin və linqvistik müxtəlifliyin qorunması, ana dilinə əsaslanan çoxdilli təhsilin  təşviqi barədə şagirdləri məlumatlandırmaqdır.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Günel Göyçayevanın təşkil etdiyi bilik yarışında III sinif şagirdləri iştirak ediblər.

Şagirdlər Qarabağ, Şuşa və Zəfər adlı komandalara bölünərək onlara verilmiş tapşırıqları həll ediblər. Yarışın qalibi olan “Zəfər” komandası məktəb rəhbərliyi tərəfindən “Fəxri fərman”la təltif olunub.


Açar sözlər: