20.02.2021

Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbirlər təşkil olunub

Bu gün rayonun şəhər 1,3 və 4 saylı, humanitar təmayüllü "Muğan" liseyi, Xıllı və Bankə qəsəbə 1 saylı, Həsənabad qəsəbə , Aşağı Surra, Astanlı, Xolqaraqaşlı, Xolqarabucaq, Qaçaqkənd, Mürsəqulu kənd tam orta və Tatarməhlə, Mirzəqurbanlı, Qazaxbərəsi  və Qaraqaşlı kənd ümumi orta məktəblərində 21 Fevral – Beynəlxalq Ana Dili Gününə həsr edilmiş ədəbi-bədii kompozisiyalar, inşa-yazı müsabiqələri və onlayn tədbirlər təşkil olunub.

Məktəbin müəllim və şagirdlərinin iştirak etdikləri tədbirlərdə çıxış edənlər fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd edilməsinin tarixindən danışıb, dilimizin zənginləşdirilməsi və inkişaf etdirilməsində ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıblar.


Açar sözlər: ,  ,  ,