26.02.2021

Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş tədbirlər keçirilib

Bu gün rayonun bütün ümumitəhsil məktəblərində Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya, rəsm sərgiləri, inşa-yazı müsabiqələri və müxtəlif onlayn tədbirlər keçirilib.

Tədbirlərdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edənlər bildiriblər ki, Xocalı soyqırımı xalqımızın qan yaddaşının ən dəhşətli səhifəsidir. Xocalı soyqırımı insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən qanlı kütləvi terror hadisələrindən biri kimi tarixə düşüb.

Şagirdlərin hazırladığı təqdimat və kompozisiyalarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri və rus hərbi birləşmələrinin Xocalı şəhərinə hücumu zamanı amansızlıqla öldürülən, doğma yurd-yuvalarından didərgin düşən günahsız insanların faciəli taleyi, onların vətənpərvərlik hisləri, psixoloji və mənəvi durumu təsirli səhnələrlə əks etdirilib.


Açar sözlər: ,  ,  ,