08.04.2021

Ermənistan məhvə məhkum idi

Azərbaycan səbirli, dözümlü, humanist bir xalqdır. Bu münaqişənin həlli üçün 28 il səbr etmişdir. Dəfələrlə beynəlxalq təşkilatlara müraciət etməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir,ona görə məsələnin həlli üçün hərbi yol qaçılmaz idi. Məsələnin həlli ilə bağlı 1992- cıildə ATƏT-in Minsk qrupu yaradılmışdır. 28 il fəaliyyət göstərsə də məsələnin həlli üçün adekvat yol seçilməmişdir. Minsk qrupunun fəaliyyəti heç bir nəticə vermədi. Bunun səbəbi həmin qrupun ermənipərəst olmasıdır. Halbuki, Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi, Azərbaycanın ərazi tələbi nəzərə alınsaydı, məsələ çoxdan həlli yolunu tapardı. Ermənistanın ikiüzlü siyasəti, bütün beynəlxalq hüquq normalarına məhəl qoymaması, münaqişəsinin həllinə imkan vermədi. Məqsəd bizim artıq bu işğal ilə razılaşmağımız, bunu qəbul etməyimiz idi. Bu isə heç vaxt soyqırımlara, vandalizmə, torrora məruz qalmış xalq üçün qəbuledilməzdir. Bunları törədən Erməni terroristləri öz layiqli cavablarını almalı idi, bizim ərazi bütövlüyümüz mütləq bərpa olunmalı idi. Bu şərəf, milli mənsubiyyət məsələsi idi.BMT təhlükəsizlik şurasının Dağlıq Qarabağla bağlı qəbul edilmiş 822, 853,874,884- saylı qərarı erməni rəhbərliyi tərəfindən heçə sayıldı. Artıq xalqımızın səbr kasası dolmuşdu. Onlar öz siyasi maraqlarını güdürdülər. Erməni təxribatları cavabsız qalmadı. Biz beynəlxalq hüququn bütün prinsiplərinə əməl etdik, bunun nəticəsində daim yalanlarla üzləşdik. Sonda sentyabrn 27–si bu təşkilatların iç üzləri qəhrəman igidlərimizin şücaəti, igidliyi, qəhrəmanlığı ilə pozuldu. Minsk qrupunun üzvləri artıq bizim kim olduğumuzu bildilər. Azərbaycan Türkiyə birliyinin, qardaşlığının sarsılmaz gücü özünü biruzə verdi. 44- günlük XXI əsr müharibəsi Dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Artıq “Dağlıq Qarabağ” münaqişəsi adında bir məsələ yoxdur.

 

Çingiz Əsgərov
Mürsəqulu kənd tam orta məktəbin direktoru


Açar sözlər: