13.04.2021

Atılan bütün addımlar xalqın rifahına hesablanıb!

Əminliklə deyirəm ki, bu gün Azərbaycan illərdir həsrətində olduğu, səbrsizliklə gözlədiyi tarixi və qürurverici günlərini yaşayır. Qarabağın Azərbaycanın tərkib hissəsi olması Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuz tərəfindən sözdən gerçəyə çevrilir. İndi azadlığına qovuşmuş və hər qarışı müqəddəs olan torpaqlarımızda üç rəngli Azərbaycan bayrağının dalğalanmasından keçirdiyimiz qürur hissini sözlə ifadə etmək heç də asan deyil. Bəli Azərbaycan bütövdür, tamdır bu gün. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edilib vandal düşməndən. Bəli vandal, bu söz ancaq bir millətə yaraşır, əməllərinə görə. Nələrin şahidi oluruq bu gün müqəddəs torpaqlarımızda.. Sadəcə viran qoyulub, məhv edilib yüz minlərin həyatı, işi, mədəniyyəti. Sənin olmayanı dağıda bilmərsən, bunun cavabını verəcəksən.. Ölkə rəhbəri cənab İlham Əliyev işğalçı dövlətin vandallıq hərəkətlərinin qarşısının alınması üçün beynəlxalq qurumlarda dəfələrlə mələsə qaldırmışdır. O, öz çıxışında maddi və mənəvi sərvətlərimizin dağıdılması barədə dünya ictimaiyyətini zamanında məlumatlandırmış və bu vandalizmə son qoyulmasını tələb etmişdir. Bu gün olanlara şahidlik edənlər sadəcə bu vəhşiliyə söz tapmırlar. Min illərdən bəri bu yerlərin xalqımıza məxsusluğuna şahidlik edən tarixi abidələr maddi və mənəvi sərvətlərimiz xüsusi amansızlıqla məhv edilmişdir. İndi isə bunları geri qaytarmaq üçün ölkənin siyasi- iqtisadi suverenliyinin daha genişmiqyaslı güclənməsi əsas amillərdən biridir. Bu məqsədlə Cənab Prezidentimiz İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə Qarabağ Dirçəliş Fondu yaradılmışdır. “Qarabağ Dirçəliş Fondu” nun əsas məqsədi işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsi, ölkə daxilində və ölkə xaricində zəruri təşviqat həyata keçirməkdir. Bu gün işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa əsas məqsədlərdəndir. Bu Fonda hər bir vətənini, xalqını sevən vətəndaşımız ürəkdən dəstək olmalıdır. Əlbəttə ki, xalqımız Fonda böyük həvəslə dəstək olacaqdır. Biz bu həmrəyliyi, birliyi 44 gündə əyani gördük. Bəli bu təkcə maddiyatla bağlı olmayacaq, eyni zamanda xalqımız birləşərək vətənimizə daha da çox bağlanacaqdır. Bu da bizim üçün fəxr edilən amil olacaqdır. Azərbaycan xalqı olaraq inanırıq ki, Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasəti və xalqımızın birliyi nəticəsində işğaldan azad edilmiş torpaqlarımızda tez bir zamanda bərpa işləri yekulaşacaq, düşmən tərəfindən dağıdılmış tariximiz, mədəniyyətimiz bərpa ediləcək, iqtisadiyyatımız yenidən canlanacaqdır. Öz elindən, obasından ayrı düşən vətəndaşlarımız öz yurdlarına dönəcək və orada rahat yaşayacaqlar.

Pakizə Abdullayeva

Neftçala rayon sakini, müəllim


Açar sözlər: