23.04.2021

Gələcəyin peşəkarlarını hazırlayırıq

2019-2020- ci tədris ilindən etibarən Təhsil Nazirliyi Tərəfindən Respublikanın 20 ümumtəhsil məktəbində “Peşə təmayüllü siniflərin təşkili” layihəsinə start verilib.
2020-2021- ci tədris ilində isə “Peşə təmayüllü siniflərin” layihəyəsinin əhatə dairəsi daha da genişləndirilib. Hazırda bu layihə paytaxt və bölgələrdə 35 məktəb, 55 sinif, 1187 şagird və 165 müəllimi əhatə edir.

Növbəti 2021-2022 – ci tədris ilində isə bu layihə daha 30 yeni məktəbdə təşkil olunaraq əhatə dairəsini 65 məktəbə çatdırılacaq. Bundan başqa layihənin uğur qazanan məktəblərindən şagirdlərin marağını nəzərə alaraq bəzi məktəblərdə paralel siniflərin açılması da nəzərdə tutulur.
X-XI sinif şagirdləri üçün nəzərdə tutulan Peşə təmayüllü siniflərin yaradılmasında əsas məqsəd bu siniflərdə təhsil alan şagirdlərimizdə müəyyən üstün bacarıqları aşılamaq, gələcəkdə təhsillərini səmərəli davam etdirmək və müasir tələblərə cavab verən əmək bazarına daha hazırıqlı atılmalarını təmin etməkdir.

Hal- hazırda layihədə aşağıdakı ixtisas profilləri fəaliyyət göstərir.
-Kənd Təsərrüfatı profili:
Aqranom
-Xidmət profili:
Aşbaz köməkçisi
Qənnadıçı
Dərzi köməkçisi
Bərbər
Xalçaçı
Barmen
Modelyer- dizayner
Rəssam
Sahibkarlıq/startub
-İnformasiya Texnologiyaları profili
Texniki dəstək
Veb developer
App developer
Komputer operatoru
-Təmir – tikinti profili
Kombi, kondisioner, Paltaryuyan və digər texnikaların təmiri
Çilingər,
Dülgər köməkçisi
Mebel quraşdırma ustası

 

Peşə təmayüllü siniflərin digər siniflərdən fərqli və üstün cəhətləri aşağıdakılardan ibarətdir:
1. Peşə ixtisasları barədə məlumat almaq onların məktəbi bitirəndən sonra hər hansı ali məktəbdə təhsil almasının qarşısı almır, hətta bəzi anlarda onlara kömək də olunur.
2. Təhsillərini bitirdikdən sonra şagirdlər əmək bazarına, eləcə də yüksək peşə təhsilinə tam hazır olurlar.
3. Şagirdlərə peşə ixtisası ilə paralel olaraq Əsas Səriştələr moduluda tədris olunur. Bu da şagirdlərdə müstəqil iş qurmaq qabiliyyəti, peşə etikası, sənədləşdirmə işləri və müştərilərlə davranış qaydalarını tərbiyə edir.
4. STEAM dərslərinin tədrisi
5. Ümumtəhsil dərslərinin bəzilərinin (kimya, biologiya, fizika, coğrafiya) inteqrasiya olunmuş formada keşirilməsi,
6. Sürücük dərslərinin keçirilməsi.

Peşə təmayüllü siniflərin Peşə məktəblərindən fərqi nədir?

Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərimiz tam orta təhsil pilləsini başa vurduqdan sonra tam orta təhsil haqqında Attestat, iki peşə ixtisası ilə bağlı Dövlət Peşə Agentliyinin Sertifikatı, Sürücülük kursu keçirilməsi haqqında Şəhadətnamə almaqla yanaşı,eyni zamanda istədikləri ixtisas qrupu üzrə seçdikləri Orta ixtisas və ya Ali məktəblərə sənəd verib qəbul imtahanında iştirak etmək hüququ əldə edəcəklər. Peşə təmayüllü siniflərdə siniflər minimum 20, maksimum isə 24 şagird olmaqla təmayül sinfi təşkil olunur. İxtisas dərsləri isə iki ixtisas qrupuna bölünməklə aparılır. Dərs otaqları və tədris emalatxanaları Layihə tərəfindən yüksək texnalogiya və avadanlıqla təchiz olunur. Dərs prosesi 3 gün ümumtəhsil və 2 gün isə layihə- istehsalat dərsləri formasında keçirilir. İstehsalat müəllimləri isə yüksək Müsabiqə yolu ilə seçilmiş peşəkar ustalardan təşkil olunur. Tədris müddəti zamanı şagirdlər müxtəlif istehsalat praktikalarında, ekskursiyalarda və sərgi- müsabiqələrdə iştirak edirlər.

Məqsəd şagirdlərə ilkin peşə səriştələri verməklə yanaşı şagirdlərin maksimum təhsildən yayınmasının qarşısını almaqdır.

Qəbul üçün tələb olunan sənədlər aşağıdakılardır.
1. Şəxsiyyət vəsiqəsi
2. Ümumi orta təhsil haqqında attestat
3. Ərizə

Belə təmayül siniflərdən biri də 2020- 2021- ci tədris ilində Neftçala rayonu şəhid Rafiq Gözəlov adına Xıllı qəsəbə 1 saylı tam orta məktəbində iki ixtisas qrupu: Dərzi köməkçisi və Çilingər ixtisasları üzrə təşkil olundu. Ilk ildə layihənin arealı Xıllı qəsəbə 1 saylı tam orta, Xıllı qəsəbə 2 saylı tam orta, Astanlı kənd tam orta, Boyat kənd tam orta, Qədimkənd kənd tam orta, Aşağı Surra kənd tam orta, Neftçala şəhər 1 saylı tam orta, Aşağı Qaraymanlı kənd ümumi orta və Tatarməhlə kənd ümumi orta məktəblərindən IX sinfi bitirən şagirdləri əhatə etdi. Layihə müəllimləri isə dərzi köməkçisi ixtisası üzrə Gülyetər Müxtarova və çilingər ixtisası üzrə Fuad Miriyev layihə müsabiqəsindən keçərək təsdiq olunublar.

Müəllimlərin yüksək peşəkarlığı nəticəsində şagirlərimiz nəzərdə tutulmuş proqramı mənimsəyərək bu peşələrə marağı daha da artdı. Bəzi şagirdlərimiz təhsilini bitirdikdən sonra Respublikanın bəzi ali və orta ixtisas təhsil müəssisələrində öyrəndikləri peşələr üzrə təhsillərini davam etdirəcəklər. Tədris müddətində çalışmışıq ki, şagirdlərimiz ilk öncə Azərbaycana layiqli bir vətəndaş olsunlar. Bununla bağlı bir sıra sosial layihələrdə uğurla iştirak ediblər və Rayonumuzu uğurla təmsil ediblər:

Belə ki “Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsi və “Gənclərin İntelektual İnkişaf Mərkəzinin” birgə təşkilatçılığı ilə “ Qəhrəmanı tanı” devizi altında ilk dəfə olaraq keçirilən “Nə? Harada? Nə zaman?” intelektual bilik yarışının final mərhələsində sinfimizin “Zəfər” komandası 35 məktəb içərisində 3-cü yer tutaraq Diplom və Xatirə hədiyyələri ilə mükafatlandırılmışlar. Bundan başqa şagirdlərimizin müxtəlif əl işləri həmişə sosial şəbəkələrdə paylaşılmaqla yüksək marağa səbəb olub.

Məqsədimiz növbəti tədris ilində daha 2 paralel Peşə təmayüllü sinif açmaq və daha çox şagirdin bu layihədən faydalanmasını təşkil etməkdir.

Növbəti il iki sinif və 4 ixtisasın açılması üçün fəaliyyətə başlamışıq. Bunun üçün də məktəblərdə IX sinif şagirdləri ilə görüşlər keçirib onlar arasında layihə tərəfindən təsdiq olunan anket sorğusu aparıb şagirdlərin hansı peşə ixtisaslarına maraqlarının olması haqqında ilkin məlumatlarla tanış oluruq. Çox sevindirici haldır ki, aparılan anket sorğuları onu göstərir ki, layihə yeni olmasına baxmayaraq şagirdlər arasında xüsusi marağa səbəb olub.

Yeni tədris ili üçün fəaliyyət göstərəcək ixtisaslarımız aşağıdakılardır:
1. Santexnik- Təmir
2. Dərzi- Modelyer
3. İT mütəxəssisi
4. Aşbaz köməkçisi
5. Aqranom
6. Qənnadıçı

Yeni açılacaq X siniflərimiz isə ilk ildə bunların dördündən- İT mütəxəssisi, Dərzi- Modelyer, Aqranom və Qənnadıçı ixtisasları üzrə təhsil alacaqlar.

Növbəti illərdə digər yeni ixtisasların açılmasını qarşımıza məqsəd qoymuşuq, çünki qarşımıza qoyduğumuz məqsəd GƏLƏCƏYƏ PEŞƏKARLAR HAZIRLAMAQDIR.

 

Peşə təmayüllü siniflərin təşkili layihəsinin Neftçala rayonu şəhid Rafiq Gözəlov adına Xıllı qəsəbə 1 saylı tam orta məktəbin qrup rəhbəri Tarıyel Yaqubov.

 


Açar sözlər: