30.04.2021

Azərbaycan dövləti bütün məsələlərdə olduğu kimi COVİD-19 pandemiyasına qarşı da hər zaman vətəndaşının yanındadır

Bütün dünyanı ağuşuna alan COVİD-19 pandemiyası təəssüflər olsun ki, ölkəmizdən də yan keçmədi. Bu baxımdan 2020-ci il dünya üçün çox mürəkkəb, çətin il oldu. Ancaq əminliklə deyə bilərik ki, Azərbaycan pandemiya ilə mübarizədə bu gün öndə gedən dövlətlər sırasındadır. Bu mübarizə çərçivəsində dövlətimizin başçısı cənab İlham Əliyev insanların sağlamlıq amilini önə çəkməklə yanaşı, iqtisadi islahatların dərinləşdirilməsini, heç bir sosial layihənin təxirə salınmayacağını qarşıya məqsəd qoydu. 2020-ci ilin ilk aylarından bu günədək görülən tədbirlərə, atılan addımlara diqqət yetirsək, qarşıya qoyulan məqsədlərə nail olunduğunu görərik. Azərbaycanda əhalinin vaksinasiyasına bu ilin yanvar ayından başlanılmışdır. Əhalinin kütləvi şəkildə vaksin olunması, pandemiyaya qarşı mübarizənin uğurla davam etdirilməsi deməkdir. Bu günə qədər ölkəmizdə 1,4 milyon vaksin istifadə olunmudur. Qeyd edək ki, bu proses hazırda da davam etməkdədir. Bu ümumbəşəri bəlaya qarşı hər bir dövlət öz sərhədləri və imkanları çərçivəsində mübarizə aparır. Azərbaycan bu mübarizənin ön sıralarındadır və cənab Prezident İlham Əliyevin rəhbərliyi, qətiyyəti, iradəsi və uzaqgörən siyasəti sayəsində Ölkəmiz pandemiyaya qarşı mübarizədə ciddi uğurlar qazanıb. Azərbaycanın bu sahədə təşəbbüsləri dünyada ən yüksək səviyyədə dəstəklənir. Qoşulmama Hərəkatının bütün üzv dövlətləri tərəfindən yekdilliklə dəstəklənən, təqdir olunan bu təşəbbüslər, karonavirusa qarşı beynəlxalq əməkdaşlıq Azərbayacanın uğurlarından hesab edilir. Ötən ilin may ayının 4-də Təmas qrupu formatında videokonfrans vasitəsilə "COVİD -19-a qarşı birlikdəyik" mövzusunda keçirilən zirvə görüşündə Prezident İlham Əliyev pandemiya şəraitində karonavirus təhlükəsi zamanı dövlətlər, xalqlar, mədəniyyətlər, coğrafiyalar arasında körpü qurmaq təşəbbüsünü irəli sürməklə Qoşulmama Hərəkatı ilə Avropa ittifaqını bir araya gətirməyə nail oldu. Bu gün təəssüflə qeyd etməliyik ki, ağrılı, ümumbəşəri problemlə mübarizədə hələ də ikili standartlar mövcuddur. Xüsusilə vaksindlərin dünya ölkələri arasında ədalətsiz bölüşdürülməsi bu mənada beynəlxaq ədalətsizlik kimi qəbul edilməlidir. Bütün dünyanın əl-lə verərək mübarizə aparmalı olduğu bir dövrdə bu cür yanaşmalar narahatlıq doğurmaya bilməz. Hesab edirik ki, bunun üçün bütün dünya ölkələri həmrəylik göstərməli, bu bəladan tez bir zamanda xilas olmağın yollarını tapmaq üçün birlikdə çalışmalıdırlar. Heç bir şübhəmiz yoxdur ki, Azərbaycan xalqı öz Liderinin rəhbərliyi ilə bu mübarizədən az itki ilə çıxacaq, COVİD bəlasına birlikdə qalib gələcəkdir!

Pərvanə Zeynalova,

Neftçala rayon sakini, müəllim

 


Açar sözlər: