04.05.2021

Respublika fənn olimpiadalarının Rayon (Şəhər) mərhələsinin nəticələri açıqlanıb

Respublika fənn olimpiadalarının Rayon (Şəhər) mərhələsinin nəticələri açıqlanıb. 31 nəfər şagirdimiz final mərhələsində iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir. Fənn müsabiqəsi qalibləri beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə dinləyici qismində dəvət ediləcək, eyni zamanda müvafiq ixtisaslar üzrə liseylərə müsabiqədənkənar qəbul olma imkanına sahib olacaqlar.

1. Şəhər 1 saylı tam orta məktəb-12 şagird
2. Şəhər 4 saylı tam orta məktəb-4 şagird
3. Aşağı Qaramanlı kənd ümumi orta məktəb-4 şagird
4. Aşağı Surra kənd tam orta məktəb-1 şagird
5. Cəngən kənd tam orta məktəb-1 şagird
6. Ərəbqardaşbəyli kənd tam orta məktəb-1 şagird
7. Mayaq kənd 1 saylı tam orta məktəb-1 şagird
8. Humanitar təmayüllü "Muğan" liseyi-1 şagird
9. Qaçaqkənd kənd tam orta məktəb-1 şagird
10.Qədimkənd kənd tam orta məktəb-1şagird
11.Qırmızıkənd kənd tam orta məktəb-1şagird
12.Xolqarabucaq kənd tam orta məktəb-1 şagird
13.Xolqaraqaşlı kənd tam orta məktəb-1 şagird
14.Tatarməhlə kənd ümumi orta məktəb-1 şagird


Açar sözlər: