07.05.2021

“Ailə kiçik dövlətdir” adlı inşa-yazı müsabiqələri keçirilib

Rayonun ümumtəhsil məktəblərində “15 may- Beynəlxalq Ailə Günü” münasibətilə Neftçala Rayon Təhsil Şöbəsinin Tədbirlər Planına əsasən şagirdlər arasında “Ailə kiçik dövlətdir” adlı inşa-yazı müsabiqələri keçirilib.

Yuxarı sinif şagirdlərinin iştirak etdiyi müsabiqələrdə məqsəd onlarda ailə dəyərləri barədə fikrin formalaşdırılması, valideyn-uşaq münasibətlərinin düzgün qurulmasının vacibliyini aşılamaqdır.

Məktəblər üzrə inşa – yazı müsabiqələrinin qalibləri rəhbərlik tərəfindən “Fəxri Fərman”larla mükafatlandırılıblar.


Açar sözlər: ,