07.05.2021

"Qurtuluşdan Zəfərə gedən yol" mövzusunda tədbir keçirilib

Bu gün rayonun Aşağı Surra kənd tam və  Mikayıllı kənd ümumi orta məktəblərində Ümummili Lider Heydər Əliyevə həsr edilmiş  "Qurtuluşdan Zəfərə gedən yol" mövzusunda şagirdlər arasında inşa müsabiqəsi və mövcud karantin qaydalarına uyğun olaraq diskussiya keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd şagirdlər arasında Ulu Öndərin siyasi irsini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri bir daha xatırlayaraq onu böyük hörmət və ehtiramla yad etməkdir.


Açar sözlər: ,  ,  ,