08.05.2021

Neftçala təhsilinin daha bir uğuru

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98- ci ildönümü münasibətilə ümumtəhsil məktəb şagirdləri arasında keçirilmiş "Ən yaxşı təqdimat" müsabiqəsində Neftçala rayonu Qədimkənd kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Bağırova Fatimə Elşən qızı III yerə layiq görülüb.

Qaliblərin təltif olunması ilə bağlı cənab nazir Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Məktəblini təbrik edir, qəbul imtahanında yüksək nəticə göstərərək arzuladığı ixtisasa yiyələnməsini arzu edirik.


Açar sözlər: