07.05.2021

"Ətraf mühit və mənfi ekoloji tendensiyaların sağlamlığa təsiri" mövzusunda maarifləndirici söhbətlər aparılıb

Bu gün rayonun humanitar təmayüllü "Muğan" liseyində "Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı"na əsasən VII sinif şagirdləri ilə birgə "Ətraf mühit və mənfi ekoloji tendensiyaların sağlamlığa təsiri" mövzusunda və ekoloji sahədə maarifləndirici söhbətlər aparılıb.

Şagirdlər təbiəti, ekologiyanı çirkləndirən və onunla birgə insan həyatını zəhərləyən mənfi amillər barədə fikir mübadiləsi aparıblar.


Açar sözlər: ,