08.05.2021

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə rayonun Qazaxbərəsi kənd ümumi orta məktəbinin ərazisində ağacəkmə aksiyası keçirilib.

Aksiyanın əsas məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun, yaşıllaşdırma ənənələri irsini davam etdirmək, şagirdlər  arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir.

Aksiya çərçivəsində məktəbin həyətində onlarla ağac tingləri əkilib.


Açar sözlər: ,  ,  ,