08.05.2021

Xolqaraqaşlı kənd tam orta məktəb şagirdləri ekskursiyada

Bu gün rayonun Xolqaraqaşlı kənd tam orta məktəbinin bir qrup şagirdləri məktəbin direktoru R.Nəcəfovanın təşkilatçılığı ilə rayon mərkəzində yerləşən Ümummili lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Şagirdlər abidə önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər.

Ardınca  Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən guşə ilə tanış olublar.

Pandemiya qaydalarına uyğun təşkil edilmiş ekskursiya çərçivəsində məktəblilər 1941-1945-ci il  II Dünya Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidə-kompleksini ziyarət ediblər.


Açar sözlər: ,