12.06.2021

2020-2021-ci tədris ilində uğur əldə edən şagirdlər ilə görüş keçirilib

Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən 2020-2021-ci tədris ilində uğur əldə edən şagirdlər ilə görüş keçirilib. Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, Rayon Təhsil Şöbəsinin rəhbəri, məktəb direktorları və şagirdlər iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Görüşdə çıxış edən Neftçala RİH başçısı şagirdlərin tədris ilində göstərdiyi uğurlardan söz açıb, onlara bundan sonra da hər zaman təsildə uğurlar və müvəffəqiyyətlər arzu edib. Prezident İlham Əliyev və birinci vitse prezident Mehriban xanım Əliyeva tərəfindən hər zaman təhsilə xüsusi diqqət və qayğı ilə yanaşıldığını vurğulayıb.

Görüşdə iştirak edən məktəb direktorları və şagirdlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Mehriban xanım Əliyevaya və Neftçala RİH başçısı Mirhəsən Seyidova öz təşəkkürlərini bildiriblər.

Görüşün sonunda 2020-2021-ci tədris ilində Respublika üzrə fərqlənən şagirdlər “Fəxri Fərman”-larla təltif olunub və hədiyyələr ilə mükafatlandırılıblar.


Açar sözlər: