09.09.2021

Ali mədəniyyət ocağı!

Vaqifin möhtəşəm məqbərəsini Şuşa şəhərində ucaltmaqla Ulu Öndər Heydər Əliyev təkcə bir şair və dövlət xadiminin xatirəsini əbədiləşdirmədi, eyni zamanda həmin dövrün ideologiyasına qarşı, erməniçiliyə, onların havadarlarına qarşı öz tutarlı cavabını verdi. Sovet dönəmində tariximizin xanlıqlar dövrü ləkəli tarix kimi təbliğ olunmasına bazmayaraq, Heydər Əliyev şairin xatirəsinə məqbərənin ucaldılmasına nail olmuşdu. Dərindən analiz edəndə bə qənaətə gəlmək olur ki, üzaqgörən Ümumilli Liderimiz Qarabağ xanı Pənahəli xanın vəzirinin abidəsini sonradan tarixi faktlar üçün sübüt olaraq inşa etdirmişdir. Bu gün cənab Prezident, tarixi Zəfərin memarı cənab İlham Əliyevin işğaldan azad olunmuş bölgələrimizə hər səfəri tarixi hadisə kimi diqqəti cəlb edir. Ölkə başçısı bu səfərlər vasitəsilə dünyaya lazımı mesajlar çatdırır, xalqımıza işğaldan azad olunmuş ərazilərdə gedən quruculuq işləri ilə bağlı məlumat verir. Prezident işğaldan azad olunmuş ərazilərin hər birində aparılan quruculuq işləri ilə tanış olur, bir sıra təlimatlar verir və oranın ermənilər tərəfindən necə dağıdıldığını bütün dünyaya nümayiş etdirir. Belə hadisələr informasiya müharibəsi dövründə Azərbaycanın üstünlük əldə etməsi üçün çox əhəmiyyətlidir. Vətən müharibəsindən çox qısa zaman keçməsinə baxmayaraq, Şuşa və digər ərazilərdə aparılan quruculuq işləri Azərbaycanın gücünü göstərir. Şuşada keçirilən tədbirlər həm Ermənistana, həm də separatçılara çox ağır təsir edir. İlham Əliyevin tarixi torpaqlarımıza etdiyi hər səfərindəki çıxışları, hər kəsin yaddaşına həkk olunmaqla bərabər, bölgədə bu ərazilərə sahib olmanın siyasi əhəmiyyətini izah edir. Cənab Prezident İlham Əliyev çıxışlarında işğaldan azad olan bütün bölgələrimiz kimi Şuşanın da yenidən ən yüksək səviyyədə bərpa ediləcəyini qeyd edirdi və belə də oldu. Dəhşətli erməni vandalizminə məruz qalmış, dağıdılmış Şuşa şəhərinin abadlaşdırılması üçün bu gün çoz ciddi addımlar atılır, infrastruktur yenidən qurulur, dağıdılmış yerlər bərpa edilir. Artıq qədim Şuşada ən müasir tələblərə çacab verən “Xarıbülbül”, “Qarabağ” otelləri öz qonaqlarını qarşılayır. Yaxın gələcəkdə daha bir neçə otellərin, istirahət, mədəni, tarixi, dini obyektlərin açılışı olacaqdır. Şəhərin tarixi özünə qaytarılarkən, xüsusilə buraya xas olan milli üslüb əsas götürülür. Şuşanın özünəməxsusluğu qorunur. Səfalı təbiətə, relyefə malik Şuşamız bundan sonra ancaq əziz qonaqlarını sevə-sevə qarşılayıb, yola salacaqdır. Cənab Prezident İlham Əliyev Şuşanın Azərbaycanın tarixi ərazisi olduğunu və xalqımızın orada əbədi yaşayacağını hər kəsə bəyan edir. Bu gün Şuşanın və digər işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası işində bu günə qədər ölkəmizin tarixi abidələrinin qorunmasında,mədəniyyətimizin təbliğində böyük xidmətləri olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva və onun ideyaları ön plana çıxır.Xoşməramlı səfirin səmərəli, çoxşaxəli və ali məramlara söykənən fəaliyyəti, qadın gözü ilə baxıb araşadıranda böyük ictimai məzmun daşımaqla yanaşı həm də böyük siyasi məna kəsb edir. Bu gün Ölkə başçısı ilə birlikdə işğaldan azad olunmuş ərazilərə dəfələrlə səfərlər etməsi, bərpa və quruculuq işlərində onun ideya və prinsiplərinə ciddi ehtiyac olduğunu açıq aydın göstərir.

Fərqanə Ağalarova
Neftçala rayon sakini, müəllim

 


Açar sözlər: