30.08.2021

30 illik həsrətin sonu-QƏLƏBƏ!

30 il ərzində tarixi torpaqlarımızda qanunsuz məskunlaşmış, vandal, azğınlaşmış ermənilərin insanlığa sığmayan addımları,talanları,mədəniyyət nümunələrinin incisi olan qədim abidələrimizə,məscidlərimizə qarşı iyrənc hərəkətləri bağışlanılmazdır.Zorla ələ keçirdikləri Azərbaycanın əzəli torpaqlarında evlərin daşını söküb aparan,qəbirləri təhqir edən,qəbirdaşlarının üz yazısını pozub öz ölüləri üçün qəbir daşı hazırlayıb satanlar, insanlıqdan uzaq olan mənfur məxluqdur.Qarabağın talanmış, viran qalmış evlərini,bütün müsəlman aləmini təhqir edən hərəkətlərini, Allahın evi sayılanm əscidlərimizdə donuz saxlamalarını görənlər bu millət haqqında hansı düşüncədə ola bilər? Özlərini dünya birliyinin ədalət carçıları adlandıranlar nə vaxta qədər Ermənistanı,rəsmi İrəvanı hərbi cinayətkar hesab etməyəcəklər? Bu gün düşmən tapdağından azad edilən bölgələrimizdə olan dünya ictimaiyyətinin nümayəndələri gözləri ilə gördükləri qarşısında söz tapa bilmirlər. Onlar bu barbarlığın müasir dünyada, müasir dövrdə baş verməsinin insane əməlinə bənzəmədiyi düşüncəsində, fikrindədirlər. Bəli, bu millət vəhşidir, bu millət cinayətkardır. Onların cinayət əməllərinə göz yumanlar da,görməməzlik edənlərdə cinayətkardır. Zəbt olunmuş Azərbaycan torpaqlarında: Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Şuşada qanunsuz məskunlaşma apardıqlarına görə bütün dünya Ermənistanın hərbi cinayətkar olduğunu təsdiqləməli, qəbul etməlidir. Ali Baş Komandanımızın rəhbərliyi, Rəşadətli Ordumuzun sücaəti, qəhrəmanlığı sayəsində bu soyğunçuluğa, qanunsuz məskunlaşmaya artıq son qoyulub. İndi öz ərazilərində belə canlarına qorxu düşən ermənilər imdad edirlər, kömək umurlar.Özlərini qoruya bilməyən, ordusu olmayan,iqtisadiyyatı olmayan,humanitar yardımlarla yaşayan,iqtisadiyyatı tənəzzül edən,xalq ilə dövləti idarə edənlər arasında uçurumlar olan ölkə müstəqil ola bilməz.İndi Ermənistanda dövlətçilikdən yox, qruplaşmalardan söhbət gedə bilər. O qruplaşmalar ki, Koçaryanlar, Sarkisyanlar, Paşinyanlar, Petrosyanlar Ermənistanı “cilovlayıb” hərəsi ayrı-ayrı istiqamətlərə dartışdırırlar.Bu yerdə dahi rus təmsil yazarı İvan Andreyeviç Krılovun bir təmsili yada düşür: “Heyvanlar yüklü araba görürlər. Bu arabaya qoşulub “dildə” birlikdə aparmalarına qərar verirlər, amma “əməl”də öz xeyirləri üçün arabanı hərəsi ayrı-ayrı istiqamətə dartır.Yerindən qımıldanmayan arabanı görən heyvanlar bu sirdən baş aça bilmirlər…” Bu heyvanlar işgüzarlıqları ilə əminliklə deyə bilərik ki, erməni “liderlərinə” bənzəyirlər.Erməni milləti artıq anlamalıdır ki, “liderləri” içərisində xalqını düşünən,əsgərini yedizdirən, ölüsünə yiyəduran, gözüyaşlı əsgərana-atalarının harayına çatanlar yoxdur. Bu “liderlər” yaltaqlar,ikiüzlülər,başqa ölkələrin ətəyindən yapışıb hay-həşir salanlardır. Bu gün Ermənistan ordusunda fərarilərin sayı durmadan artır. Düşüncəsiz himayədarlar isə müxtəlif yollarla Ermənistanı silahlandırmağa çalışır. Deyəsən,silahlarının özlərinə tuşlanılacağından xəbərsizdilər.Axı silahı ələ verməmişdən əvvəl, onu əldə tutmağı öyrətməlisən. 44 günlük Vətən Müharibəsində Azərbaycan humanist və məsuliyyətli ölkə olduğunu bir daha dünyaya sübut etdi. Birinci Qarabağ müharibəsindən sonra Azərbaycanın təxminən 4 minə yaxın insanı itkin düşmüş,həlak olmuş insanları haqqında ermənilər heç bir məlumat verməmişdilər.Amma düşməndən azad olan torpaqlarımızda keçən qısa müddət ərzindəm üharibə zamanı həlak olmuş1600-dən çox erməni işğalçısının cəsədi tapılıb,təhvil verilmişdir.Azərbaycan tərəfinin atdığı bu humanist addımlar dəyərləndirilməlidir. Əksinə olaraq, görürük ki, erməni himayədarlar hələdə nəyə isə ümid edirlər. Ermənilər isə sehirli nağıllarını uyduran üzdəniraq “baş bilənlərinin” nağıllarının sonunu gözləyirlər. Bu günkü reallıq isə budur:Şəhidlərimizin qanı axan müqəddəs torpaqlarımızı cənnətə çevirmək. Bu devizlədə Şəhidlərimizin ruhu şad olsun deyə,öz gücü sayəsində Azərbaycan qədim torpaqlarında Zəfər yürüşünün bəhrəsini yetişdirməyə başlamışdır.

Elmira Tağıyeva
Neftçala rayon sakini, müəllim

 


Açar sözlər: