20.08.2021

Ermənilərə və havadarlarına Azərbaycan dərsi!

Dədə-babalarımız yaxşı demişlər: “Torpaqdan pay olmaz”, “Kimsənin torpağında gözümüz yoxdur. Öz torpaqlarımızı da kimsəyə vermərik”. Gözü-könlü tox olan Azərbaycan xalqı nə biləydi ki, yurdsuz-yuvasız erməniyə yardım əlini uzadanda, ac qarınlarını doyuzdurmaq üçün sığınacaq verəndə, onların könlündən böyük Ermənistan yaratmaq keçirmiş. 30 ilə yaxın bir müddətdə torpaqlarımıza, onun sərvətinə göz dikmiş mənfur erməni, havadarlarının köməyi sayəsində onlara aid olmayan yerlərdə qala bildilər. Bu müddətdə sərvətlərimizi taladılar, tarixi, mədəni irsimizi məhv etdilər. Sözsüz ki, sərvətlərimizdən, siyasi-coğrafi gərginlikdən faydalanan erməni havadarlarının arzuları gözlərində qaldı. 44 günlük Vətən Müharibəsi Azərbaycanın gücünü, siyasətini, xalqının birliyini və uzaqgörən Dövlət Başçımızın qətiyyətini göstərdi, sözünün imzası qədər keçərli olduğunu sübut etdi. Ali Baş Komandanımızın siyasəti, Ordumuzun qüdrəti sayəsində dədə-baba torpaqlarımıza qayıtdıq. Şəhidlər verdik, itkilərimiz oldu, lakin Vətən torpağı uğrunda canından keçdi oğullarımız, Vətən sağ olsun dedi şəhid ana və atalarımız. Artıq qalib dövlətin insanlarıyıq bu gün! Sərhəddimizdə məğrur, qalib Azərbaycan əsgəri dayanır. Murovdağdan ta Araz çayına qədər Azərbaycan əsgəri keşikdədir. Bütün sərhəd infrastrukturu, hərbi hissələr yenidən yaradılır işğaldan azad edilmiş ərazilərimizdə. Ermənilərin və onların himayədarlarının bu gün Azərbaycan haqqında söylədikləri boş cəfəngiyyatdır, çünki biz öz torpaqlarımızdayıq onu qoruyuruq. Reallıq qəbul olunmalıdır. Bir qarış torpaq belə düşmən tapdağında qalmamalıdır. Gücümüz bəllidir dünyaya. Lazım gələrsə, düşmənin özünküləşdirdiyi torpaqlarımızı da onlardan soruşmadan, geri alacağıq. Bəli, varsa əgər ağıllı erməni öz tarixini yaxşı bilir. Bu millət heç nəyi ilə öyünə bilməz. Çünki olmayan tarixi, olmayan mədəniyyəti ancaq uydurmaq olar. Tarixi məhv etməklə, silməklə onu yox etmək olmaz. 2020-ci ildə yaşadıqları və bundan sonra yaşayacaqları onları hər gün məhv edəcək, hər gün alçaldacaq. Təəssüflər olsun ki, yalanları ilə özlərini tora salan ermənilər, məğlub olduqları ilə barışmır, himayədarlarına arxalanaraq, sərhəddə atəşkəsi pozurlar. Müxtəlif yollarla silahlanmağa çalışırlar. Əlbəttə ki, məğlubiyyəti dərk etmək üçün ağıl lazımdır, o da ermənidə yoxdur. Ermənilər 44 günlük müharibədə himayədarlarının yalnız kənardan tamaşaçı olduğunu, ancaq ara qızışdırmağa gücləri çatdığını unutmasınlar. Bizim üçün Vətən Müharibəsi olan “Dəmir Yumruq” əməliyyatı təkrar baş verərsə, indi daha qısa bir müddətdə başa çata bilər. Bu gün bir azərbaycanlı olaraq əminliklə deyirəm ki, Azərbaycan xalqı öz Prezidentinə hədsiz inanır, güvənir, siyasətini dəstəkləyir, dəmir yumruğuna arxalanır. Aydın görünür ki, hazırki zamanda, ən xırda məsələ belə Azərbaycan Prezidentinin xüsusi diqqət mərkəzindədir. Erməni havadarlarına cənab İlham Əliyev öz müsahibəsində tutarlı ismarıc göndərdi. Cənab Prezident hər bir hərəkətin, addımın həssaslıqla, diqqətlə izləndiyini işarə etdi beynəlxalq ictimaiyyətə. 10 noyabr üçtərəfli Bəyanatın müddəalarına hər bir tərəfin riayət etməli olduğunu və bunun prioritet olduğunu qeyd etdi. Prezident İlham Əliyevin və Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın ermənilərin daha çox atəşkəsi pozduqları ərazilərə-Kəlbəcər və Laçına səfəri müharibə alovunu gücləndirmək istəyənlərə açıq-aşkar bir ismarıc oldu. “Biz dədə-baba yurdumuza gəlmişik. Biz burdayıq. Bura bizim torpaqlardır. Yeni quruculuq işlərinə başlamışıq və sonuna qədər ərazilərimizi abadlaşdıracağıq. Heç kim və heç bir təxribat bizi yolumuzdan döndərə, bizi dayandıra bilməz!”


Elmira Tağıyeva
Neftçala rayon sakini, müəllim


Açar sözlər: