15.09.2021

Yeni tədris ilində 1083 şagird I sinfə gedəcək

2021-2022-ci tədris ilində rayonun  ümumi təhsil müəssisələrində ümumilikdə 10695 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

 Ümumtəhsil məktəblərinin I sinfində 1083, IX sinfində 906, XI sinfində isə 592  şagird təhsil alacaq.

 Rayon üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 666  şagirdin təhsilə cəlb olunacağı gözlənilir. 

 Hazırda rayonda  6 ibtidai məktəb, 27  tam orta məktəb, 1 lisey, 16 ümumi orta məktəb və 1 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 51 məktəb fəaliyyət göstərir.

 


Açar sözlər: