05.10.2021

Müəllimlərə fəxri adlar verilib

Azərbaycan Respublikasının təhsil işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.

Sevindirici haldır ki, cənab Prezidentin Sərəncamı ilə müküfata layiq görülənlər arasında Neftçala rayonunun da iki müəllimi var. Neftçala şəhər Samid İmanov adına  1 saylı tam orta məktəbin riyaziyyat müəllimi Əliyev Famil Abbas oğlu “Tərəqqi” medalı və Neftçala şəhər Elton Həbibov adına 4 saylı məktəbin ingilis dili müəlliməsi Cəfərova Məlahət Süleyman qızı “Əməkdar müəllim” fəxri adı ilə təltif olunublar.

Hər iki dəyərli müəllimimizi fəxri adlar və 5 oktyabr - Müəllimlər günü münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik.


Açar sözlər: