11.10.2021

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında iştirak

    Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası (IJSO) təbiət elmləri (fizika, kimya, biologiya) üzrə yaşı 16-dan çox olmayan şagirdlər arasında həm fərdi, həm də komanda formatında təşkil olunub keçirilən elm müsabiqəsidir. Dünyanın 60-dan çox ölkəsindən iştirakçıların olduğu bu olimpiadada Azərbaycan məktəbliləri ölkəmizi uğurla təmsil edirlər.
Rayonumuzun məktəblisi, E.Həbibov adına şəhər 4 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Abdulrəhmanlı Sadiq Müşfiq oğlu 06.10.2021-ci il tarixində keçirilən ilk seçmə imtahanında 100-ə yaxın iştirakçı arasında II yerə layiq görülmüşdür. Ən yaxşı nəticə göstərənlər 11.10.2021-ci ildən etibarən müntəzəm dərslərə, laboratoriya hazırlığına və xüsusi məşğələlərə cəlb olunacaqlar.
Şagirdimizi qazandığı uğur münasibətilə təbrik edir, növbəti seçmə imtahanında və Beynəlxalq Olimpiadada qalib olmağını arzulayırıq.