19.10.2021

11-13 oktyabr tarixlərində Bakıda “eTwinning Plus” layihəsi çərçivəsində Azərbaycan və Türkiyə arasında keçirilən üç günlük seminar baş tutub

11-13 oktyabr tarixlərində Bakıda “eTwinning Plus” layihəsi çərçivəsində Azərbaycan və Türkiyə arasında keçirilən üç günlük seminar baş tutub.
Seminarın açılış mərasiminə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Türkiyə Təhsil Nazirliyinin dairə başqanı Mustafa Hakan, “eTwinning” layihə koordinatorları, Azərbaycanın müxtəlif bölgələrindən 36 nəfər müəllim və Türkiyədən 36 nəfər müə
llim qoşulub.
Həmçinin bu seminarda Neftçala rayonundan Elton Həbibov adına 4 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aynurə Əhədova da iştirak edib. İştirakçılar 3 gün ərzində Türkiyədən dəvət olunan müəllimlərlə bərabər uğurlu layihə qurduqları üçün sertifikatla təltif olununblar.
“Media savadlılığı və dezinformasiya” mövzusunda təşkil olunan seminarın məqsədi hər iki ölkədə beynəlxalq ortaq təhsil layihələrinin icrası, həmçinin “Avropa eTwinning” ölkələrində təhsil sahəsində birliyin davam etdirildiyini nümayiş etdirməkdir.
11-13 oktyabr tarixlərini əhatə edən seminar çərçivəsində media savadlılığı, dezinformasiyanın qarşısının alınması, rəqəmsal bacarıqlar, layihə əsaslı təhsil və müəllimlərin XXI əsr bacarıqlarını inkişaf etdirəcək müxtəlif təlimlər və müzakirələr təşkil olunub.

Təlimlər yerli və türk mütəxəssislər tərəfindən aparılıb.

#EduAz #TəhsilNazirliyi #eTwinning
#Tsii

 


Açar sözlər: