11.11.2021

Regionun Lider dövləti-AZƏRBAYCAN!

    Müzəffər Ali Baş Komandanın rəhbərliyi, Rəşadətli Ordumuzun cəsur əsgər və zabitlərinin şücaəti və bir yumruq kimi birləşməyi bacaran Azərbaycan xalqının vəhdəti sayəsində Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutaraq, öz ərazi bütövlüyünü bərpa etdi. 30 il davam edən haqsızlığa son qoyuldu. Çətin yollardan keçərək, şəhidlər verərək Azərbaycanın mərd oğulları işğal altında olan torpaqlarımızı azad etdilər və şanlı Zəfər tariximizi yazdılar. 2020-ci ilin 8 noyabr tarixində Azərbaycan döyüşçülərinin əfsanəvi hücumu və döyüş taktikası sayəsində Şuşanın azad olunması ilə 30 il həlli olmayan məsə 44 gün içərisində həll olundu. Ermənistan qarşımızda diz çökərək, imdad istədi. Qanunsuz zəbt etdiyi əraziləri Azərbaycana döyüşsüz qaytarmalı oldu. Azərbaycanın nüfuzu dövlətlər arasında daha da atrdı, bu Qələbə dostlarımızı sevindirdi, düşmənlərimizi pərt etdi. 1993-cü ildən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və yerinə yetirə bilmədiyi Qətnamələri dəmir yumruqlu Azərbaycan özü yerinə yetirdi. 27 il ərzində BMT-nin Qətnamələri kağız üzərində qalmışdı. Əgər indi Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməsə idi, hələ də Qətnamələr kağız üzərində qalacaqdı, işğalçı dövlətə dəstək olanlar isə öz mənfur niyyətlərini davam etdirəcəkdilər. Ən nüfuzlu Beynəxalq təşkilatların münaqişənin həlli ilə bağlı bir çox qərar və qətnamələr etmələrinə rəğmən bu dövr ərzində Ermənistan yalnız status –kvonu məhkəmləndirməyə, danışıqlar formatını münaqişənin əbədi dondurulmasına istiqamətləndirərək, öz mənfur niyyətinə çatmağa çalışırdı. Son illər azğınlaşmış Ermənistan rəhbərliyi açıq-aşkar işğal etdikləri torpaqları qaytarmayacaqlarını bəyan edirdi və qədim torpaqlarımızı özününküləşdirməyə çalışırdılar. Barbar millət qədim Azərbaycanın ərazi adlarını dəyişdirərək, erməni adları altında həmin ərazilərə xarici ölkələrin erməni əsilli vətəndaşlarını köçürməklə “Böyük Ermənistan” yaratmaq xəyalları ilə planlar cızırdılar. Planlı dedikləri əslində plansız işlərinə görə də Ermənistanın elə öz erməni xalqı əziyyət çəkirdi. Yaşayış tərzi getdikcə acınacaqlı vəziyyətə düşən ermənilər etiraz mitinqləri, nümayişlər edərək hökümətdən tələb edirdilər ki, xalqının qayğısına qalsın. Çoxları da əlacı Ermənistandan köçüb getməkdə görürdü. Qarabağ erməniləri isə tamam nəzarətdən kənarda qalmışdılar. Onları düşünən yox idi. Ermənistan hakimiyyəti sadəcə Qarabağa gəlir mənbəyi kimi baxırdılar. Rəşadətli Ordumuzun ayağı dəyən torpaqların düşmən tərəfindən dağıdılmış xarabazarlığı, hər kəndi, qəsəbəsi, şəhərləri sanki doğma sakinləri azərbaycanlılar üçün qəribsəmişdilər. Azərbaycan xalqı, doğma torpaqlarından didərgin düşən gozü yolda, ağrılı-acılı, nisgilli qaçqınları-didərginləri ilə o dağıdılan evlərdə, uçuq divarlarda doğmalıq, hərarət duyurdular, istəyirdilər ki, müharibə tez bitsin, doğma torpaqlarına qayıtsınlar, yarımçıq qoyub getdikləri həyatı qaldığı yerdən təzədən yaşamağa başlasınlar. Artıq bir ildir ki, 30 ilə yaxın düşmən tapdağı altında inləyən ata-baba torpaqlarımız azad nəfəs alır. Bu yerlər sanki körpə uşaq kimi yenidən doğularaq böyüməyə, inkişaf etməyə başlayıb. Azərbaycan bu gün dünyada elə bir görüntü yaradıb ki, sanki XXI əsrin ağır müharibəsini bu ölkə aparmayıb. Bizim gücümüz budur. Bəli Ali Baş Komandan Ulu Öndərin qurduğu müasir Azərbaycanı dünyada ən yüksək zirvələrə daşımaqdadır. Fəxr ediriki ki, bu Ölkənin vətəndaşlarıyıq!

Elmira Tağıyeva

Neftçala rayon sakini, müəllim


Açar sözlər: