16 mart 1984-cü il tarixdə Neftçala rayonunda anadan olub.
2001-2005-ci illərdə Bakı Dövlət Universitetinin “Tarix” fakültəsi üzrə bakalavr pilləsində təhsil alıb.
2006-2016-cı illərdə Neftçala şəhər humanitar təmayüllü “Muğan” liseyində tarix müəllimi kimi fəaliyyət göstərib.
2010-2016-cı illərdə “Mədəd Azərbaycan” və "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə təhsil mərkəzində baş təlimçi, təlimçi və koordinator kimi fəaliyyət göstərib.
2013-2014-cü tədris ilinin yekunlarına görə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub.
2017-ci ildə Respublika Həmkarlar Konfederasiyası tərəfindən “İlin peşəkar gənci” adına layiq görülüb.
2016-cı ildən 2020-ci ilin iyul ayına qədər Neftçala şəhər N.Gəncəvi adına 3 saylı tam orta məktəbdə direktor vəzifəsində çalışıb.
2020-ci ilin 16 iyul tarixindən Neftçala Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyir.