Neftçala məktəbliləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsində şimal rayonlarına səfərə çıxdılar.
16 mart 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaların növbəti mərhələsinə start verildi.